Məzmuna keç

Federasiya zəlzələdə zərər görən avtomobillərlə bağlı sığorta şirkətlərinə müraciət etdi

Türkiyənin Motorlu Nəqliyyat Vasitələri Federasiyasının sədri Aydın Erkoç zəlzələdə zərər görmüş avtomobillərlə bağlı sığorta şirkətlərinə müraciət edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sığorta olunmuş nəqliyyat vasitələrinin dəyərini avtomobil sahiblərinə ödəməyə çağırıb.

Federasiyanın məlumatına görə, Erkoç zəlzələdən zərərçəkmiş vətəndaşların ehtiyac səbəbindən öz nəqliyyat vasitələrini satışa çıxardıqlarını bildirib.

O, zəlzələdən zərər çəkmiş vilayətlərdəki avtomobillərin böyük bir hissəsinin sığorta olunduğunu qeyd edib: "Sığorta şirkətləri tez hərəkət etməli və zərərçəkənlərin bu zərərlərini qarşılamalıdırlar. Tamamilə yararsız hala düşən avtomobillərin sahibləri müvafiq müddəalar çərçivəsində ya yeni nəqliyyat vasitəsilə təmin edilməli, ya da dəymiş zərər ödənilməlidir".

Lalə Salmanova