Ankarada Vəkillər Kollegiyaları sədrlərinin 50-ci iclası keçirilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, iclasda Türkiyə Vəkillər Kollegiyasının İdarə Heyəti və 81 şəhər üzrə Vəkillər Kollegiyasının sədrləri iştirak edib.
İclasda zəlzələdən zərər çəkmiş vəkillərə və vətəndaşlara dəstək məsələləri müzakurə olunub.
Sonda yekun bəyannamə qəbul olunub.
"Türkiyə Vəkillər Kollegiyası zəlzələ nəticəsində baş verən ölüm, xəsarət və maddi itkilərlə bağlı məhkəmə və digər araşdırma proseslərinin gedişatını izləyəcək. Hüquqların pozulması ilə bağlı iddialara tam qətiyyətlə baxılacaq", – deyə bəyannamədə qeyd olunub.
Lalə Salmanova
