Məzmuna keç

Türkiyədə zəlzələdə zərər görən fabrik çökdü: ölən və yaralılar var

Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələ nəticəsində ciddi zərər görən metal fabriki çöküb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşın Dulkadiroğlu mahalının Karaziyaret məhəlləsində baş verib.

Məlumata görə, işçilər binadan əşyaları çıxarmağa çalışarkən fabrik çöküb.

Nəticədə 1 nəfər həlak olub, 4-ü yaralanıb.

Lalə Salmanova