Məzmuna keç

Ukraynalı miqrantların 80%-i maddi çətinlik yaşayır

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropa İttifaqı (Aİ) ölkələrinə üz tutan ukraynalı qaçqınların üçdə biri öz ölkəsinə qayıtmaq istəyir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Fundamental Hüquqlar Agentliyinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Sorğu 10 ölkədə 14 mindən çox miqrant arasında onlayn qaydada keçirilib. Respondentlərin üçdə biri özünü ölkəsindəki kimi hiss etdiyini bildirib.

Sorğuda iştirak edənlərin təxminən yarısı depressiya yaşadıqlarını bildirib. Həmçinin, 61%-i gəldiyi ölkədə gələcəyə nikbin baxdıqlarını bildirib. Respondentlərin 80%-i maddi çətinliklərlə üzləşdiyini deyib. Onların 25%-i hazırda yaşadıqları ölkənin dilində danışmağı bacarmadıqlarına görə iş tapmaqda çətinlik çəkdiyini bildirib.

Fundamental Hüquqlar Agentliyi qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra qitədə ən böyük qaçqın böhranına səbəb olub.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Avropa ölkələri 8 milyondan çox ukraynalı qaçqını qəbul edib.

İmanverdi Allahverdiyev