Məzmuna keç

Qumenyuk: “Ukrayna ərazisinə raket hücumu təhlükəsi yüksəkdir”

"Ukrayna ərazisinə raket hücumu təhlükəsi yüksəkdir, ruslar hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün yeni yollar axtarır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

"Düşmən yeni taktikalar axtarır və biz bunu izləyirik. Biz görürük ki, onlar bizim hava hücumundan müdafiə sistemimizi aşkar etməyə çalışırlar. İşğalçılar kəşfiyyat üçün pilotsuz uçan aparatlardan və hava şarlarından istifadə edirlər", – deyə o bildirib.

İmanverdi Allahverdiyev