Məzmuna keç

Zelenski Ali Baş Qərargahın iclasını keçirdi

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Qərargahın iclasını keçirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iclasda əməliyyat vəziyyəti və Rusiyanın ehtimal olunan addımları müzakirə olunub.

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskin və Ukrayna ordusunun generalı Aleksandr Tarnavski hərbi əməliyyatlar barədə məlumat veriblər.

Həmçinin Birləşmiş Qüvvələrin komandanı general-leytenant Sergey Naev və əməliyyat komandanı general-mayor Eduard Moskalev şimal və cənub istiqamətlərindəki vəziyyət barədə danışıblar.

İmanverdi Allahverdiyev