Məzmuna keç

Türkmənistan Türkiyənin zəlzələ bölgəsinə növbəti dəfə humanitar yardım göndərdi

Türkmənistan Türkiyənin zəlzələ bölgəsinə 1100 ədyal və 89 çarpayı göndərib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral məlumat verib.

"Yardım göndərən vətəndaşlarımıza, Türkmənistandakı şirkətlərimizə, Türkmənistan Qızıl Aypara Cəmiyyətinə və Türk Hava Yollarına təşəkkür edirik", – deyə o, "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, qeyri-hökumət təşkilatları və Türkiyənin Aşqabaddakı səfirliyinin birgə təşkil etdiyi yardım kampaniyaları çərçivəsində indiyədək zəlzələ bölgəsinə 8 071 adyal, 390 çarpayı, 20 generator, 60 qızdırıcı, 6 səyyar tualet, 11 ton geyim, 44 ton tibbi ləvazimat və 67 ton ərzaq göndərilib.

Lalə Salmanova