Məzmuna keç

İtaliyada gəminin batmasına görə 3 nəfər həbs olunub

İtaliyanın cənub sahillərində gəminin batması ilə əlaqədar 3 nəfər saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliya polisi bildirib.

Hadisə ilə əlaqədar daha 1 şübhəlinin axtarışda olduğu qeyd olunub.

Qeyd edək ki, hadisə fevralın 26-da baş verib.14-ü uşaq olmaqla 64 nəfərin həlak olduğu qəzaya səbəb əlverişsiz hava şəraitinin olduğu deyilir. İlkin məlumata görə, qaçaqmalçılar immiqrantlardan adambaşına 8 min avro alıb. Gəminin göyərtəsində təxminən 200 nəfərin olduğu, qəzadan sonra 80 nəfərin xilas edildiyi bildirilib.

Lalə Salmanova