Məzmuna keç

Polşada Türkiyənin zəlzələ bölgəsi üçün 3 milyon lirə toplandı

Polşada Türkiyənin zəlzələ bölgəsi üçün təxminən 3 milyon lirə maddi yardım toplanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Varşavadakı səfirliyindən bildirilib.

Məlumata görə, vəsaitin böyük bir hissəsi ilə 12 ədəd səyyar tualet və hamam alınıb. Onların bir qismi artıq Türkiyəyə çatdırılıb, qalanları isə yaxın günlərdə təhvil veriləcək.

Səfirlik yardım kampaniyasında iştirak edən hər kəsə təşəkkür edib.

Lalə Salmanova