Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində 32 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 85 nəfər hospitala yerləşdirilmişdi: “Onlardan 53-nün müalicəsi stasionar şəraitdə davam edir”.
