Məzmuna keç

Hatayda 4,4 bal gücündə zəlzələ oldu

Hatay vilayətinin Antakya şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ səhər saat 10:20 radələrində qeydə alınıb.

11,06 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və təlafatın olması barədə məlumat verilməyib.

Lalə Salmanova