Məzmuna keç

Məhkəmə vəkili gözündən bıçaqlayan şəxs barədə qərarı qüvvədə saxladı

Türkiyədə vəkili gözündən bıçaqlamaqda təqsirləndirilən Ferdi Ögüt barəsindəki hökmdən apellyasiya şikayəti verib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, o barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə F.Ögütün şikayətini təmin etməyib və birinci insatnasiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, F.Ögüt boşanma işində həyat yoldaşnın vəkili olan Asilcan Tuzcuya bıçaqla hücum edib. Aldığı xəsarətlərdən vəkilin sol gözü görmə qabiliyyətini tamamən itirib. Akşehir Ağır Cəza Məhkəməsinin hökmü ilə F.Ögüt 18 il müddətinə azadlıqdan məhrum edilib.

Lalə Salmanova