Məzmuna keç

Honq-Konqda maska tələbi ləğv olundu

Honq-Konqda ictimai yerlərdə maska taxmaq tələbi aradan qaldırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Honq-Konqun baş icraçı direktoru Con Li məlumat verib.

O, qadağanın aradan qalxması ilə normal həyatın bərpa olunduğunu, yeni ildən iqtisadiyyatın canlandırılmasına xüsusi önəm veriləcəyini deyib.

Honq-Konq mediası isə qadağanın ləğv olunmasına baxmayaraq, insanların açıq havada maska taxmağa davam etdiyini yazıb.

Lalə Salmanova