Türkiyədə vəkil bürosuna silahlı hücum edildi
Türkiyədə vəkil bürosuna silahlı hücum edilib.
E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, hadisə Diyabəkr şəhərində baş verib.
Belə ki, M.K adlı şəxs vəkil bürosuna müraciət edərək ona hüquqi yardım göstərilməsini istəyib. Lakin büro bundan imtina edib. Rədd cavabı almasından qəzəblənən şəxs vəkilləri təhdid edib. Ona görə də vəkillər polisə şikayət ediblər və həmin şəxs saxlanılıb. Lakin daha sonra o sərbəst buraxılıb.
Ötən gün yenidən həmin vəkil bürosuna gələn M.K üzərində olan silahla büronu atəşə tutub. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Polis M.K ilə əlaqədə şübhəli bilinən bir nəfəri saxlayıb.
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Lalə Salmanova

