Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
O, bildirib ki, Kiyev İranın Moskvanı Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi PUA-larla təmin etməsi məsələsinə məhkəmədə baxılmasında israrlıdır.
“Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq”, – Şmıqal bildirib.
Ukraynanın baş naziri vurğulayıb ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır. Həmçinin, o əlavə edib ki, İranın Rusiyaya raket ötürməsinin qarşısını almaq vacibdir.
Qeyd edək ki, Ukrayna ordusunun məlumatına görə, Rusiya Ukraynada ən azı üç İran istehsalı dron modelindən istifadə edir: Kamikadze dronları “Shahed-136”, “Shahed-131” və çoxməqsədli “Mohajer-6”.
