Məzmuna keç

Hərbi administrasiya: “Luqansk yaxınlığındakı rus hərbçiləri taktikanı dəyişməyə çalışır”

"Luqansk vilayətinin Kremennaya şəhəri yaxınlığındakı rus hərbçiləri daim öz taktikalarını dəyişməyə çalışırlar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, Rusiya həmin ərazidə “Terminator” texnikasından istifadə edir.

"Düşmən orada daim taktikasını dəyişməyə çalışır. Başa düşdülər ki, piyadalar uğursuzluğa düçar olur, ona görə də ağır texnika ilə keçməyə çalışırlar", – deyə S.Qayday qeyd edib.

Lalə Salmanova