Məzmuna keç

Güclü zəlzələdə Malatyada 25 məscid dağılıb

Fevralın 6-da Türkiyənin baş verən güclü zəlzələ nəticəsində Malatya şəhərində 25 məscid dağııb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şəhərin müftisi Şahin Yıldırım bildirib.

Onun szölərinə görə, təbii fəlakət nəticəsində şəhərdəki 968 məsciddən 420-si zərər görüb: “Zəlzələdə zərər görən binalar arasında əhalinin daha çox gəldiyi, xidmət göstərdiyimiz məscidlər, Quran kursları və müftilik binaları var. Şəhərdəki 231 Quran kursu binasından 81-i ciddi zərər görüb, 5-i tamamilə uçub".

Lalə Salmanova