Məzmuna keç

Türkiyədə zəlzələdən zərərçəkmişlərə alış-veriş kartları veriləcək

Qızıl Aypara Cəmiyyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə 70 milyon lirə dəyərində alış-veriş kartları verəcək.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərərçəkmişlərin qida və digər istehlak mallarına çatımlığını təmin etmək üçün ümumilikdə 140 mindən çox kart paylanılacaq .

Məlumata görə, vətəndaşlar kartları Qızıl Aypara Cəmiyyətinin mərkəz şöbələrindən əldə edə bilərlər.

Alış-veriş kartlarının 2023-cü il 1 may tarixinədək etibarlı olacağı bildirilib.

Lalə Salmanova