Türkiyənin zəlzələ bölgəsində 332 çadır və 209 konteyner şəhərciyi salınıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Hatayda 101 min 168, Kahramanmaraşda 81 min 216, Qaziantepdə 49 min 795, Adıyamanda 50 min 763, Malatyada 39 min 871, Adanada 17 min 515, Şanlıurfada 8 min 990, Osmaniyəda 8 min 602, Diyarbəkirdə 7 min 458, Kilisdə 4 min 624 və Elazığda 480 olmaqda ümumilikdə 370 min 482 qurulub.
Çadırlara 1 milyon 481 min 928 nəfər yerləşdirilib.
Bundan başqa, Hatayda 2 min 780, Kahramanmaraşda 2 min 560, Qaziantepdə 2 min 360, Adıyamanda 1 120, Malatyada 934, Sivasda 37, Şanlıurfada 1 800 və Osmaniyyədə 241 konteynerin quraşdırılması başa çatdırılıb və bu konteynerlərdə ümumilikdə 47 min 328 nəfər yaşayır.
Lalə Salmanova
