Məzmuna keç

Səfir: “London Kiyevə vəd ediləndən iki dəfə çox “Challenger 2″ tankı verəcək”

"Ukrayna Silahlı Qüvvələrinə veriləcək “Challenger 2” tanklarının sayı iki dəfə artacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Vadim Pristayko deyib.

"Bəzi hallarda Londonun Kiyevə yardımı vəd ediləndən artıq olur. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək “Challenger 2” tanklarının sayı iki dəfə artacaq”, – o deyib.

Qeyd edək ki, yanvarın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Prezident Volodimir Zelenski ilə telefon danışığında Ukraynaya “Challenger 2” tankları verəcəklərini bildirmişdi. "Challenger 2" tanklarının martın sonunda Ukraynaya təhvil veriləcəyi gözlənilir. iki mərhələdə göndərilməklə ümumilikdə 14 ədəd “Challenger 2” tankının Ukraynaya veriləcəyi bildirilib.

Lalə Salmanova