Məzmuna keç

Süleyman Soylu Hatayda su qıtlığının olması ilə bağlı iddialara münasibət bildirdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələdən zərər çəkən Hatay vilayətində su qıtlığının yaşanması ilə bağlı iddialara cavab verib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, nazir iddialara sosial şəbəkədəki səhifəsində münasibət bildirib.

O, su qıtlığı ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

"Hataydayıq. Dünən axşamdan etibarən planlaşdırılmış şəkildə bəzi sosial şəbəkə istifadəçiləri "Suya ehtiyac var" deyərək spekulyasiya edirlər. İlk gündən anbarımızda su var və gündən-günə artır. Zəlzələdən zərərçəkənlərə mütəmadi olaraq su paylayırıq. Buna baxmayaraq, "zəlzələ bölgəsini unutmadıq" demək üçün yalan məlumatlar yayanlar var. Həmin sosial şəbəkə hesabları ilə bağlı Kiber Təhlükəsizlik Departamenti tərəfindən araşdırmalar aparılmaqdadır", – Soylu qeyd edib.

Lalə Salmanova