Məzmuna keç

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı "Twiiter"də qeyd edib.

BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan türkiyəli diplomat zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib:

“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.