Məzmuna keç

Türkiyənin zəlzələ bögəsində 227 mindən çox bina söküləcək

Türkiyənin zəlzələ bölgəsində 1 milyon 728 min bina yoxlanılıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində 227 min 27 binanın zəlzələdən ciddi zərər gördüyü və təcili olaraq sökülməli olduğu müəyyən edilib.

Nazir deyib ki, təkcə Kahramanmaraşda ağır vəziyyətdə olan 48 min 873 bina qeydə alınıb.

Lalə Salmanova