Məzmuna keç

Türkiyənin daxili işlər naziri Malatya ilə bağlı iddialara cavab verdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Malatyanın "fəlakətdən daha az təsirlənən vilayətlər" sırasına daxil edilməsi ilə bağlı iddialara münasibət bildirib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, nazir "Twitter" səhifəsində etdiyi paylaşımda iddiaların əsassız olduğunu deyib.

"Malatyalı soydaşlarımız bu yalanlara inanmasınlar. Biz sizin qulluğunuzdayıq", – deyə o bildirib.

Lalə Salmanova