İstanbul Asliye Cəza Məhkəməsində narkotik adı ilə duz satdığına görə dələduzluqda təqsirləndirilən Ö.Muhammedin məhkəmə prosesi keçirilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, məhkəmə 24 yaşlı Muhammedin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib.
Qeyd edək ki, İbrahim Halil adlı şəxs sosial şəbəkə vasitəsilə Ö.Muhammeddən narkotik vasitə alıb. İ.Halil daha sonra ona satılan maddənin narkotik deyil, duz olduğunu görüb və məsələni aydınlaşdırmaq üçün Ö.Muhammet ilə görüşmək qərarına gəlib. Bu zaman tərəflər arasında mübahisə yaşanıb və hər ikisi polis tərəfindən saxlanılıb. İ.Halil Ö.Muhammedin ona qarşı dələduzluq etməsi ilə bağlı polisə şikayət edib. İstanbul Prokurorluğunda Ö.Muhammed barəsində istintaq başladılıb. Lakin ondan müsadirə dilən edilən maddənin tərkibində narkotik maddə aşkarlanmadığından “narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işinin başlanmasından imtina edilib. Ö.Muhammedə qarşı “dələduzluq” maddəsi ilə ittiham irəli sürülüb. İstanbul Asliye Cəza Məhkəməsində keçirilən prosesdə o, əməlini etiraf edib. “Hadisənin baş verdiyi tarixdə həbsdən çıxmışdım. Mənə pul və narkotik lazım idi. Ona görə də İ.Halil məndən "narkotik varmı" deyə soruşduqda dedim ki, var. Görüşdük, mənə 150 lirə verdi. Mən də duzu verdim. Əgər mənə vaxt verilsə, dəymiş zərəri ödəmək istəyirəm", – deyə təqsirləndirilən şəxs bildirib.
Lalə Salmanova
