Məzmuna keç

Zəlzələ təhlükəsinə görə sakinlər İstanbulu kütləvi şəkildə tərk edir

Türkiyənin İstanbul şəhərində güclü zəlzələnin olacağı ilə bağlı yayılan xəbərlərdən sonra sakinlər başqa şəhərlərə köçməyə başlayıblar.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanların ən çox üz tutduğu yerlərdən biri zəlzələ riskinin çox az olduğu Kırklareli vilayətidir.

Kırklareli dördüncü dərəcəli zəlzələ bölgəsində yerləşdiyi üçün Türkiyənin bu baxımdan ən təhlükəsiz şəhərlərindən biri sayılır.

Məlumata görə, insanların bu şəhərə kütləvi şəkildə köçməsi burada məzil bazarına güclü təsir göstərib. Belə ki, ev sahibləri vəziyyətdən sui-istifadə edərək kirayə qiymətlərini süni şəkildə artırırlar.

Qeyd edək ki, Türkiyənin bir neçə şəhərində baş verən güclü zəlzələdən sonra bir sıra geoloqlar növbəti zəlzələnin İstanbulda olması ilə bağlı xəbərdarlıq etmişdilər.

Eltac Nurullazadə