Cənubi Koreya Türkiyədə zəlzələdən zərərçəkənlər üçün müvəqqəti yaşayış evlərinin hazırlanmasına 10 milyon dollardan çox vəsait ayırıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Cənubi Koreya Prezident Yun Sok Yol açıqlayıb.
O, həmçinin qeyd edib ki, müvəqqəti yaşayış yeri kimi istifadə edilmək üçün Türkiyəyə 250 yük konteyneri də göndəriləcək. Yun sözügedən konteynerlərin ən geci aprel ayına qədər Türkiyəyə göndəriləcəyini deyib.
Eltac Nurullazadə
