Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Ötən sutka düşmənin 100-dən çox hücumu dəf edilib”

"Ukrayna Silahlı Qüvvələri son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində Rusiyanın azı 100 hücumunu dəf edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, ruslar martın 7-də Ukrayna ərazisinə 24 hava və 1 raket hücumu həyata keçirib, həmçinin İran istehsalı “Shahed” kamikadze-dronlarından istifadə edib. Rusiyaya məxsus Buk-M1-2 hava hücumundan müdafiə sistemi məhv edilib.

Qeyd olunub ki, rus əsgərləri bir neçə istiqamətdə – Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Miner istiqamətlərində hücumlarını gücləndiriblər. Eyni zamanda Donetsk vilayətinin Orexovo-Vasilovka, Dubovo-Vasilovka, Baxmut, Kamenka, Avdeevka və Marinka ərazilərində də hücum əməliyyatları davam etdirilir.

Lalə Salmanova