Məzmuna keç

Türkiyənin zəlzələ bölgəsində güclü küləklə bağlı xəbərdarlıq edildi

Türkiyənin zəlzələ bölgəsində güclü külək olacağı gözlənilir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, sabah səhər saatlarından başlayaraq axşamadək Hatay, Osmaniye, Kahramanmaraş, Qaziantep və Kilis şəhərlərində güclü külək əsəcək.

İdarə hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlardan ehtiyyatlı olmağı xahiş edib.

Lalə Salmanova