Türkiyənin zəlzələdən zərər çəkən şəhərlərindən biri olan Osmaniyədə kirayə ev qiymətlərini süni şəkildə artıran 5 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşlardan gələn çoxsaylı şikayətlərdən sonra prokurorluq orqanları hərəkətə keib.
Aparılan araşdırmalar nəticəsində zəlzələdən zərərçəkmişlərə kirayə evləri real qiymətdən dəfələrlə baha təklif edən 5 nəfər müəyyən edilib.
Aidiyyəti orqanlar süni bahalaşmaya qarşı tədbirlərin davam etdiyini bildiriblər.
Lalə Salmanova
