Pakistandan Türkiyənin zəlzələ bölgəsinə 8 200 qış çadırı göndərib.
E-huquq.az “Anadoluya” istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) məlumat verilib.
Məlumata görə, Türkiyə və Suriyaya çatdırılmaq üçün 65 konteynerə yüklənmiş 1 221 ton yardım materialı yük gəmiləri ilə yola salınıb. 8 200 qış çadırı olan 41 konteyner Türkiyəyə, 15 min ərzaq bağlaması olan 24 konteyner isə Suriyaya çatdırılacaq.
Qeyd edək ki, Pakistan indiyə qədər Türkiyəyə 7 min qış çadırı və 33 mindən çox yorğan göndərib. Ölkədəki müxtəlif təşkilatlar Türkiyəyə yarım üçün fəaliyyətlərini davam etdirir.
Lalə Salmanova
