Məzmuna keç

Zelenski Rusiyanın kütləvi raket hücumuna münasibət bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin gecə saatlarından etibarən Ukrayna ərazisinə etdiyi kütləvi raket hücumları ilə bağlı danışıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə səhifəsində açıqlama verib.

O, hücumlarda ölənlərin ailələrinə başsağlığı verib.

“Düşmən yenə 81 raket ataraq ukraynalıları qorxutmağa çalışdı və acınacaqlı taktikasına qayıtdı. İşğalçılar yalnız dinc əhaliyə qarşı terror törədə bilər. Onların edə biləcəyi yeganə şey budur” deyən Zelenski Rusiyanın bütün hərəkətlərinə cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə raket hücumu nəticəsində 5 nəfər həlak olub.

Lalə Salmanova