Məzmuna keç

Türkiyədə zəlzələ ilə bağlı provakasiya xarakterli məlumat yayan 29 nəfər həbs edildi

Türkiyədə sosial şəbəkərlərdə zəlzələ ilə bağlı provakasiya xarakterli məlumatlar paylaşan 651 nəfər barəsində cinayət işi başlanılıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Kibercinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb.

Məlumata görə, prokurorluq tərəfindən saxlanılan 157 nəfərdən 29-u barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin xoş niyyətindən sui-istifadə edərək dələduzluq edən 81 internet saytının bağlanması təmin edilib.

Lalə Salmanova