Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Beş istiqamətdə düşmənin hücumları dəf edilib”

"Ötən sutka ərzində beş istiqamətdə rus işğalçılarının 100-dən çox hücumu dəf edilib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

"Xeyli itkilərə baxmayaraq, düşmən Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Ruslar Kupyanski və Limanski istiqamətlərində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışırlar ", – deyə məlumatda qeyd olunub.

Lalə Salmanova