Məzmuna keç

Hərbi administrasiya: “Ukrayna Beloqorovka və Kremensk istiqamətində əks-hücum planlaşdırır”

"Ruslar Beloqorovka yaxınlığında və Kremensk istiqamətində xeyli ehtiyat toplayıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib

"Məhz orada rus işğalçıları maksimum səylərini cəmləşdirib və demək olar ki, gecə-gündüz hücum edirlər", – deyə o bildirib.

Qayday əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə həftə ərzində hava şəraitinin yaxşılaşacağını gözləyir və bu istiqamətdə əks-hücum planlaşdırır.

Lalə Salmanova