Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Ötən sutka düşmənin 100-dən çox hücumu dəf edilib”

"Rusiya Baxmut, Liman, Avdeyevski, Miner və Maryinski istiqamətlərində irəliləməkdə davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

"Müdafiəçilərimiz bu istiqamətlərdə düşmənin 100-dən çox hücumunu dəf edib. Ukrayna aviasiyası rusların cəmləşdiyi ərazilərə 10 dəfə zərbə endirib", – deyə məlumatda qeyd olunub.

Lalə Salmanova