Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi”nin müddəti uzadılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.
O, müqavilənin müddətinin eyni şərtlərlə daha 2 ay uzadıldığını bildirib.
Nazir müavini saziş üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün çalışacaqlarını qeyd edib.
Lalə Salmanova
