"Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket zərbəsi endirməsi nəticəsində 1 nəfər dinc sakin ölüb, 3 nəfər yaralanıb".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 6 mənzilə ziyan dəyib.
"Təcavüzkar dövlət dinc əhaliyə qarşı müharibəni davam etdirir. Günahsız insanları öldürən istənilən hücumun qanun çərçivəsində cəzası olmalıdır və bu baş verəcək”, – deyə Zelenski qeyd edib.
Lalə Salmanova
