"Rusiya qoşunları artıq Ukraynanın cənubunda irəliləyə bilməyəcək".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.
"Onlar daha cənubda irəliləyə bilməyəcəklər. Çünki hətta ölkəmizin coğrafiyası da – Dnepr çayı onlar üçün əlavə maneələr yaradır. Onlar artıq adalara doğru irəliləməyə çalışırlar, lakin bu uğursuz oldu. Belə ki, son 24 saat ərzində biz kifayət qədər səmərəli işlədik və onların texnikalarını məhv etdik. Ümumiyyətlə, vəziyyət çətin olaraq qalır, lakin müdafiə qüvvələri əks-təxribat döyüşlərini davam etdirir", – deyə o bildirib.
Qumenyukun sözlərinə görə, Xerson istiqamətində hücumların sayı bir qədər azalıb.
"Bu, bizim döyüş işimizin nəticəsidir. İşğalçılar yenidən “Lanset” tipli kamikadze pilotsuz uçan aparatlardan istifadə etməyə başlayıblar. Son sutka ərzində biz onlardan üçünü vurmuşuq. Bizim müdafiə qüvvələrimiz istənilən hadisənin inkişafına tam hazırdır”, – Mətbuat Mərkəzinin rəhbəri deyib.
Lalə Salmanova
