ABŞ-da hüquq şirkəti proqram vasitəsilə məsləhət xidmətləri göstərən "DoNotPay" adlı robot vəkili (Chatbot) lisenziyasız işlədiyinə görə məhkəməyə verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iddia ərizəsində "DoNotPay"in özünü "dünyanın ilk robot vəkili" olaraq təyin etməsinin yanlış və qanunsuz olduğu bildirilib.
Həmçinin, qeyd olunub ki, "DoNotPay"ın şişirdilmiş vədlərlə müştəriləri yüksək keyfiyyətli hüquqi yardım alıdqlarına inandırır.
“Təəssüf ki, müştəriləri üçün DoNotPay əslində robot, hüquqşünas və ya hüquq firması deyil. "DoNotPay"in heç bir hüquq diplomu yoxdur. Heç bir vəkilin nəzarəti altında deyil. "DoNotPay", əsasən şablon əsaslı sənədlər yaratmaqla, müştərilərə parkinq cərimələrindən yayınmağa və bu kimi istehlakçı hiylələrini həyata keçirməyə kömək edən bir şirkətdir", – deyə iddia ərizəsində vurğulanıb.
Lalə Salmanova
