Şri-Lankada gəlir vergisi və elektrik enerjisinə görə qiymətlərin artması səbəbindən kütləvi tətillər başlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tətillərə səhiyyə, hava limanı və dəmir yolu işçiləri kimi bir çox sahələrdə çalıpşanlar qatılıb.
Səhiyyə işçilərinin tətili səbəbindən ölkədəki əksər dövlət xəstəxanalarında xidmət dayanıb.
Həmçinin, Şri-Lankada qatarların hərəkəti məhdudlaşdırılıb.
Hökumətin çağırışlara məhəl qoymayacağı təqdirdə tətilin uzadılacağı ilə bağlı xəbərdarlıq edilib.
Lalə Salmanova
