"Martın 15-də rus qoşunları Xarkovda məktəbin yaxınlığına zərbələr endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralanan olmayıb: "Binaya qismən ziyan dəyib, pəncərələri sındırılıb".
Xarkovun meri İqor Terexov sosial şəbəkə səhifəsində bildirib ki, məktəbdə dağıntıların aradan qalıdırlması istiqamətində işlər görülür.
Lalə Salmanova
