Məzmuna keç

Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edildi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyası Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

E-huquq.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyədə Prezident seçkiləri bu il may ayının 14-də keçiriləcək.

Lalə Salmanova