Məzmuna keç

Türkiyədə mediasiya prosesində bağlanan barışıq sazişlərinin sayı 2,5 milyonu keçib

Türkiyədə mediasiya yolu ilə bağlanan barışıq sazişlərinin sayı 2,5 milyonu keçib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, barışıq sazişlərinin 924 min 127-i kommersiya mübahisələri üzrə olub.

275 min 971 barışıq sazişi ticarət sahəsində yaranmış mübahisələr, 103 min 805 saziş isə istehlakçı hüquqları ilə bağlı mübahisələrin payına düşüb.

Könüllü müraciət əsasında aparılan mediasiya proseslərində isə 1 milyon 277 min 494 barışıq əldə olunub.

Qeyd edək ki, mediasiya ilə bağlı indiyədək ümumilikdə 4 milyon 26 min 854 müraciət qeydə alınıb. Onlardan 3 milyon 715 min 780 mübahisə üzrə proseslər başa çatıb.

Lalə Salmanova