Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niiniste ilə görüşəcək.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankadarada keçiriləcək görüşdə Finlandiyanın NATO-ya üzvlüyü məsələsi müzakirə olunacaq.
Eyni zamanda Türkiyə-Finlandiya münasibətlərinin, bundan əlavə, regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
Lalə Salmanova
