Hərbi ekspert: "Ukrayna tezliklə əks-hücum əməliyyatına başlayacaq"


  • 17 Mart 2023 16:13

"Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı tezliklə başlayacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Roman Svitan "RBC-Ukraina"ya müsahibəsində deyib.

"Bu hücum Pasxa bayramından sonra başlayacaq", - Svitan bildirib.

Onun sözlərinə görə, hava şəraiti də Ukrayna qüvvələrinin əks-hücumunda mühüm amil olacaq: "Ukrayna Silahlı Qüvvələri üç istiqamətdə hücuma keçəcək - biri əsas, ikisi köməkçi. Əsas istiqamət hərbi əməliyyatların gedişində müəyyənləşəcək. Ukrayna hərbçiləri Xersondan Krıma, Svatovo və Kremennayadan Luqanska doğru döyüşə başlaya bilər. Əsas hücum isə Qulyaipoldan Berdyanska, Nutdan Melitopola və ya Uqledardan Mariupola doğru başlaya bilər".

Lalə Salmanova

Oxşar xəbərlər