- 08:07
ABŞ Prezidenti Cozef Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderinin Rusiya Prezidentinin hərbi cinayətlər törətdiyinə görə əsaslı olduğunu bildirib.
E-huquq.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Mən hesab edirəm ki, bu, (BCM-nin Putinin həbsi ilə bağlı orderi - red.) haqlı qərardır. Putin açıq-aşkar hərbi cinayətlər törədib”.
Bayden qeyd edib ki, Haaqa məhkəməsinin order vermək qərarı “çox güclü mövqedir”.
Bununla belə, o vurğulayıb ki, ABŞ BCM-nin üzvü deyil.