Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər öldü


  • 22 Mart 2023 08:07

Əfqanıstanda çərşənbə axşamı günü axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə çərşənbə günü "News" qəzeti Hayber-Paxtunxva vilayətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.

İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.

Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber-Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, dünən Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub. Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Mənbə: Report

Oxşar xəbərlər