Məzmuna keç

Zəlzələ bölgəsində daha 4 əyalətdə əyani tədris prosesinə başlanıldı

Türkiyədə güclü zəlzələdən zərər görən daha 4 şəhərdə əyani tədris prosesinə başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraş, Adıyaman, Hatay və Malatya şəhərlərində məktəblər bu gündən etibarən mərhələli şəkildə fəaliyyətə başlayıb.

Qeyd edək ki, martın 13-də Adana, Osmaniye və Qaziantepdə məktəblər fəaliyyətini bərpa etmişdi.

Eltac Nurullazadə