Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop zəlzələdən zərərçəkmişlərlə görüşüb.
E-huquq.az “Anadoluya” istinadən xəbər verir ki, Şentop zəlzələ bölgəsindən İstanbula gətirilən vətəndaşlarla birgə iftar edib.
O, iftar zamanı etdiyi çıxında çox böyük bir fəlakətlə qarşı-qarşıya qaldıqlarını vurğulayaraq faciədə həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
"İlk andan millətimiz və dövlətimiz səfərbər oldu. Millətimizin bütün üzvləri bölgəyə bacardıqları qədər imkanlar göndərməyə çalışdılar. Millət olaraq bu böyük ağrının, böyük dağıntının öhdəsindən birlikdə gələcəyik” – deyə Şentop qeyd edib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra müalicə üçün İstanbula 20 min 204 yaralı gətirilib. İndiyədək 19 mindən çox zərərçəkmiş müalicə olunaraq xəstəxanadan buraxılıb.
Lalə Salmanova
